Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin əvvəl yaşadıqları mənzil saxlanılır və onların mənzil növbəsindən çıxarılmasına yol verilmir. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, müddətli hərbi xidmət qulluqçularının ailələri yaşadıqları mənzilin haqqını 50 faiz güzəştlə ödəyirlər. Bu təminat hərbi xidmət dövründə ailələrin mənzil hüquqlarının qorunmasına yönəlib. Hərbi qulluqçuların və onların ailə üzvlərinin mənzil hüquqları qanunvericiliklə müdafiə olunur. Həmin hüquqlar pozulduqda qanuni maraqların müdafiəsi üçün məhkəməyə və ya müvafiq dövlət orqanlarına müraciət etmək mümkündür.