Səhmdar cəmiyyətində səhmlərin buraxılması barədə qərar səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. İstiqrazların buraxılması barədə qərarı isə emitentin nizamnaməsi ilə müəyyən edilmiş orqan qəbul edir. Qanun investisiya qiymətli kağızlarının emissiyası ilə bağlı qərarların qəbul edilmə səlahiyyətlərini fərqləndirir. Bu qərarlarda emitentin tam adı və olduğu yer, qərarın qəbul edildiyi məkan və tarix göstərilməlidir. Həmçinin emissiya edilən qiymətli kağızların növü, forması, nominal dəyəri, sayı və ümumi məbləği barədə məlumatlar əksini tapmalıdır.