İnvestisiya qiymətli kağızlarının emissiya prospektinə və informasiya memorandumuna daxil edilən məlumatların düzgünlüyünə görə bir neçə kateqoriyadan olan şəxslər məsuliyyət daşıyırlar. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Emitent və sənədləri təsdiq edib imzalayan orqanların üzvləri bütün məlumatlara görə məsuliyyət daşıyırlar. Qiymətli kağızları kütləvi təklif edən şəxs özü və təklif olunan qiymətli kağızlar barədə məlumatlara görə cavabdehdir. Təminatçı təqdim etdiyi təminat, anderrayter isə üzərinə götürdüyü öhdəliklər və təklif olunan qiymətli kağızlarla bağlı məsuliyyət daşıyır. Bu qaydalar emissiya sənədlərində əks olunan məlumatların düzgünlüyünə görə məsuliyyətin bölüşdürülməsini nəzərdə tutur.