İnvestisiya qiymətli kağızlarının dövlət qeydiyyatına alınmasından qanunvericiliyin tələblərinə əməl edilmədikdə imtina oluna bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Sənədlərin qanunun tələblərinə uyğun olmaması qeydiyyatdan imtina üçün əsasdır. Emitentin səhmlərinin əvvəlki emissiyasının yekunları haqqında hesabat Mərkəzi Bank tərəfindən təsdiqlənmədikdə də yeni buraxılış qeydə alınmaya bilər. Emissiya prospektinə, informasiya memorandumuna və ya qiymətli kağızların buraxılışı haqqında qərara qeyri-dürüst və təhrif edilmiş məlumatların daxil edilməsi də imtina səbəblərindəndir. Belə hallar müəyyən edildikdə Mərkəzi Bank əsaslandırılmış qərar qəbul edir.
