Yerli büdcə bələdiyyələrin özünüidarəetmə prinsiplərini reallaşdırması və qanunla müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi üçün formalaşdırılan maliyyə vəsaitidir. Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb. Yerli büdcənin tərtibi və icrası büdcə sisteminin qanunvericiliklə müəyyən edilmiş ümumi prinsiplərinə əsaslanır. Bu prosesdə Azərbaycanda tətbiq olunan büdcə təsnifatı nəzərə alınır. Yerli büdcə bələdiyyələrin fəaliyyətinin maliyyələşdirilməsində əsas vasitələrdən biridir.