Bələdiyyələrə ayrılan dotasiyanın məbləği hesablanarkən bir sıra sosial-iqtisadi amillər nəzərə alınmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb. Bu amillərə bələdiyyə ərazisində yaşayan əhalinin sayı, ölkənin maliyyə ehtiyatlarının formalaşmasında həmin ərazinin xüsusi çəkisi, gəlir və xərclər daxildir. Həmçinin yaşayış məntəqələrinin cəbhə xəttində, sərhəd zonasında və yüksək dağlıq ərazilərdə yerləşməsi, yerli əhalinin yaşayış səviyyəsi və nəzərdə tutulan sosial-iqtisadi layihələr qiymətləndirilir. Əlavə səlahiyyətlərin icrası üçün ayrılan məqsədli vəsaitlər və subvensiyalar isə yerli büdcənin xərclər hissəsində ayrıca göstərilir.
