Hərbi qulluqçuların hüquqi statusu onların hərbi xidmət vəzifələri, xidmət şəraiti və fəaliyyətinin xarakteri nəzərə alınmaqla müəyyənləşdirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Hərbi qulluqçuların statusuna Konstitusiya və digər qanunvericilik aktları ilə müəyyən edilən hüquqlar, vəzifələr, təminatlar və məsuliyyət daxildir. Onlar hərbi xidmətin xüsusiyyətləri ilə bağlı qanuni məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular həmçinin bütün vətəndaşlıq vəzifələrini və hərbi statuslarından irəli gələn öhdəlikləri yerinə yetirməlidirlər. Onların məsuliyyəti hərbi xidmətin xüsusiyyətləri nəzərə alınmaqla qanunvericiliklə tənzimlənir.