Hərbi qulluqçuların müəyyən kateqoriyalarına hər il növbəti məzuniyyətə çıxarkən əlavə pul təminatı ödənilir. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ayrıca göstərilən bəzi vəzifəli şəxslər bu hüquqdan istisna edilir. Digər müvafiq hərbi qulluqçulara əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı verilir. Bu ödəniş hər il növbəti məzuniyyət zamanı həyata keçirilir. Güzəşt hərbi qulluqçuların maddi təminatının yaxşılaşdırılmasına yönəlib.

