Bərdədə evdən meyit tapılıb.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Qarağaclı kəndində qeydə alınıb.
Kənd sakini 40 yaşlı İlqar Muradovun meyitini yaxınları yaşadığı evdə aşkar ediblər. Onun hansı səbəbdən öldüyü bilinmir.
Faktla bağlı araşdırma aparılır.
