Şəxsin müəyyən müddət ərzində əşyaya faktiki sahiblik edə bilməməsi sahiblik hüququnun avtomatik itirilməsi demək deyil. Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb. Qanunvericiliyə əsasən, əşyaya faktiki sahib olmağa müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq sahibliyi ləğv etmir. Bu qayda sahiblik münasibətlərinin müvəqqəti fasilə səbəbindən aradan qalxmasının qarşısını alır. Beləliklə, faktiki sahiblikdə yaranan hər fasilə hüquqi baxımdan sahibliyin itirilməsi kimi qiymətləndirilmir. Konkret vəziyyətin müvəqqəti xarakter daşıması bu məsələdə mühüm əhəmiyyət kəsb edir.

