
Polis orqanlarının fəaliyyətini həyata keçirməsi üçün zəruri maddi-texniki vasitələrlə təmin olunması nəzərdə tutulur. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Polis orqanları müəyyən edilmiş normalara uyğun olaraq xüsusi geyim forması, odlu silah, döyüş sursatı və xüsusi vasitələrlə təchiz edilir. Onlara həmçinin texnika, xüsusi təchiz olunmuş binalar və nəqliyyat vasitələri verilir. Maddi-texniki təminatın qaydalarını və normalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Bu təminat polis əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirməsi üçün zəruri şəraitin yaradılmasına yönəlib.
