Hərbi qulluqçulara hər il verilən növbəti məzuniyyətin müddəti onların rütbəsinə və xidmət kateqoriyasına görə fərqlənir. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, zabitlərə 45 gün, gizirlərə və miçmanlara 35 gün, müddətdən artıq xidmət hərbi qulluqçularına 30 gün məzuniyyət verilir. Əsgərlər, matroslar və çavuşlar üçün növbəti məzuniyyətin müddəti 10 gündür. Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara, eləcə də qadın hərbi qulluqçulara hər il 40 günlük məzuniyyət verilir. Məzuniyyət yerinə gedib-qayıtmaq üçün sərf olunan vaxt həmin müddətə daxil edilmir.

