Şəxsin azadlıq hüququnu məhdudlaşdıran polis əməkdaşı tutulma və ya həbsəalma zamanı müəyyən vəzifələri yerinə yetirməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Polis əməkdaşı özünü təqdim etməli və xidməti vəsiqəsini göstərməlidir. O, tutulmadan dərhal sonra şəxsə tutulmanın səbəbini və şübhənin mahiyyətini bildirməlidir. Həmçinin şəxsə özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqları onun başa düşdüyü dildə izah olunmalıdır. Bu tələblər şəxsin tutulmanın səbəblərini bilməsinə və hüquqlarından istifadə etməsinə imkan yaradır.