
Polis əməkdaşı vəzifəsinin icrasına başlamazdan əvvəl təntənəli şəraitdə and içməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. And şəxsi heyətin yığıncağında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə içilir. Polis əməkdaşı andında dövlətə və xalqa sədaqətlə xidmət etməyi, Konstitusiyaya və qanunlara əməl etməyi, insan hüquq və azadlıqlarına hörmət göstərməyi öhdəsinə götürür. O, xidməti vəzifələrini vicdanla yerinə yetirməyə, intizamlı olmağa, ictimai qaydanı və təhlükəsizliyi qorumağa söz verir. Polis əməkdaşının səlahiyyətləri and içdiyi vaxtdan başlanır, andın imzalanmış mətni isə onun şəxsi işində saxlanılır.
