Polis əməkdaşları və onların ailə üzvləri dövlət tibb xidməti ilə təmin olunurlar. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Bu təminat polis əməkdaşlarının sosial müdafiəsinin tərkib hissəsidir. Qanun xidməti vəzifələrin icrası ilə əlaqədar əməkdaşların və onların ailə üzvlərinin şəxsi və əmlak təhlükəsizliyinə də təminat verir. Təhlükəsizliyin təmin edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməlidir. Polis əməkdaşlarına qanunvericilikdə nəzərdə tutulan qaydada məzuniyyət verilməsi də onların sosial təminatları sırasındadır.
