Türkiyədə polis “Sözcü TV”-nin binasında əməliyyatı keçirib, kanalın və xəbər saytının idarəçiliyinə qəyyum təyin olunub.
Heftelik.az NTV-yə istinadən xəbər verir k,səhər saatlarında polis əməkdaşları “Sözcü TV”-nin binasında axtarışlara başlayıblar. Bina ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Məlumatda bildirilir ki, əməliyyat FETÖ işi ilə bağlıdır. Dörd nəfər barəsində tutulma qərarı verilib.
Əməliyyat çərçivəsində şirkətin İdarə Heyətinin sədri Funda Tuncer Sıdalı və keçmiş baş direktoru Asım Akgül saxlanılıb.
“Sözcü” Media Qrupunun vəkili Ersan Barkın bildirib ki, telekanala və “sozcu.com.tr” xəbər saytına Türkiyənin Əmanətlərin Sığortalanması Fondu (TMSF) tərəfindən qəyyum təyin edilib.
Vəkilin sözlərinə görə, qərar əvvəllər məhkəmə baxışından keçmiş cinayət işi ilə əlaqədardır.
Barkın iddia edib ki, axtarışlar Ali Kassasiya Məhkəməsinin (Yargıtay) daha əvvəl qanun pozuntusu müəyyən etmədiyi iş əsasında İstanbul Baş Prokurorluğunun təşəbbüsü ilə həyata keçirilir.
O vurğulayıb ki, qəyyum təyin edilməsi barədə qərar hazırda yalnız “Sözcü TV” telekanalını və “sozcu.com.tr” saytını əhatə edir.
