İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı və emissiya sənədlərinin təsdiqi üçün təqdim edilən sənədlərə Mərkəzi Bank tərəfindən müəyyən müddətdə baxılır. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, sənədlərə onların təqdim edildiyi tarixdən etibarən 10 iş günü ərzində baxılmalıdır. Qeydiyyatdan imtina üçün qanunda nəzərdə tutulan əsaslar olmadıqda qiymətli kağızların buraxılışı dövlət qeydiyyatına alınır. Kütləvi təklif nəzərdə tutulduğu halda emissiya prospekti və ya informasiya memorandumu da təsdiq edilir. Bu zaman emitentə dövlət reyestrindən çıxarış və müvafiq sənədin təsdiq olunması barədə yazılı bildiriş təqdim edilir.

