İnvestisiya qiymətli kağızlarına abunə yazılışının müddəti üç aydan çox ola bilməz. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Abunə yazılışı başa çatdıqdan sonra emitent və ya təklif edən şəxs beş iş günü ərzində qiymətli kağızların yerləşdirilməsinə başlamalıdır. Yerləşdirmə müddəti başlandığı tarixdən etibarən yeddi iş günündən çox olmamalıdır. Bu müddətlər qiymətli kağızların yerləşdirilməsi prosesinin müəyyən edilmiş çərçivədə aparılmasını təmin edir. Emitent və təklif edən şəxs qanunda nəzərdə tutulan vaxt məhdudiyyətlərinə əməl etməlidir.

