Hərbi qulluqçular dövlət hesabına qida məhsulları və əşya əmlakı almaq hüququna malikdirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Qida məhsulları və əşya əmlakı Nazirlər Kabinetinin müəyyən etdiyi normalar əsasında verilir. Hərbi qulluqçular həmin təminatın əvəzinə pul kompensasiyası almaq hüququna da malikdirlər. Ölkədə dolanacaq xərclərinin indeksi dəyişdikdə pul kompensasiyasının normaları yenidən nəzərdən keçirilərək dəyişdirilir. Bu qaydalar hərbi qulluqçuların xidmət dövründə maddi ehtiyaclarının dövlət hesabına qarşılanmasını nəzərdə tutur.