
“D1” altkateqoriyası sürücü oturacağından əlavə 8-dən artıq, lakin 16-dan çox olmayan oturacaq yeri olan sərnişin avtomobillərini idarə etmək hüququ verir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Bu altkateqoriya qoşqusunun icazə verilən maksimum kütləsi 750 kiloqramdan artıq olmayan avtomobilləri də əhatə edir. “D” kateqoriyası isə sürücü oturacağından əlavə 8-dən çox oturacaq yeri olan sərnişin avtomobillərini idarə etmək üçün nəzərdə tutulub. “D” kateqoriyası ilə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kiloqramdan artıq olmayan avtomobilləri də idarə etmək mümkündür. Beləliklə, “D1” və “D” kateqoriyaları sərnişin tutumuna görə fərqləndirilir.
