İstehlakçı, istehsalçı, icraçı və satıcı anlayışlarının hüquqi mahiyyəti qanunvericilikdə müəyyənləşdirilib. Heftelik.az-ın məlumatına görə, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, istehlakçı şəxsi tələbatını ödəmək məqsədilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. İstehsalçı mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkardır. İcraçı iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar hesab olunur. Satıcı isə alğı-satqı əməliyyatı aparan və mal satan müəssisə, idarə, təşkilat və ya sahibkardır. Bu anlayışlar istehlakçı münasibətlərinin iştirakçılarını və onların fəaliyyət istiqamətlərini müəyyən edir.