Sağlamlaşdırma barədə məhkəməyə təqdim edilən ərizəyə borclunun maliyyə vəziyyətini və kreditorların razılığını təsdiq edən sənədlər əlavə edilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Sənədlər sırasında dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, borclar və icra müddəti başa çatmamış öhdəliklər barədə məlumatlar olmalıdır. Həmçinin borclunun ödəmə qabiliyyətinin olmadığını təsdiqləyən sənədlər təqdim edilməlidir. Kreditorlar yığıncağında iştirak edən şəxslərin siyahısı, qəbul edilmiş sağlamlaşdırma planı və onun təsdiqini göstərən sənədlər də ərizəyə əlavə olunmalıdır. Bundan başqa, müvəqqəti əmlak inzibatçısının sağlamlaşdırma planının səmərəliliyini təsdiq edən sənədi tələb olunur.