Sağlamlaşdırma planı hər bir kreditorlar qrupu daxilində səsvermə yolu ilə qəbul edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Planın qəbulu ilə hüquqlarına təsir göstərən kreditorlar səsvermədə iştirak edə bilərlər. Səsvermənin keçirilməsi üçün müvafiq qrup kreditorlarının üçdə ikisindən artıq hissəsinin iştirakı tələb olunur. Qrup daxilində bütün kreditorlar səsvermə zamanı bərabər hüquqlara malikdirlər. Bu qayda sağlamlaşdırma planının qəbulunda kreditorların iştirakının təmin edilməsinə xidmət edir.

