
Fərdi məlumatların informasiya ehtiyatları və sistemləri, eləcə də onların layihə sənədləri dövlət ekspertizasından keçirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Dövlət tənzimləməsi çərçivəsində informasiya sistemlərinin yaradılması və tətbiqinə dair hüquqi və texniki sənədləşdirmənin standartlaşdırılması da həyata keçirilir. Bu mexanizmlər fərdi məlumatlarla işləyən informasiya sistemlərinin müəyyən edilmiş tələblərə uyğunluğunun təmin edilməsinə xidmət edir. Dövlət idarələrarası fərdi məlumatların informasiya sistemlərinin yaradılması və idarə edilməsi də dövlət tənzimləməsinin əsas istiqamətlərindən biridir. Beləliklə, fərdi məlumatların təhlükəsizliyi həm hüquqi, həm texniki, həm də təşkilati mexanizmlərlə təmin edilir.
