Əmlak inzibatçısı qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə məhkəmə tərəfindən vəzifədən kənarlaşdırıla bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Bunun üçün qanunun 2-ci maddəsində göstərilən şəxslərdən hər hansı birinin müraciəti və kifayət qədər əsas olmalıdır. Məhkəmə vəzifədən kənarlaşdırılan inzibatçının əvəzinə qanunun 19-cu maddəsindəki tələblərə cavab verən başqa şəxsi təyin edə bilər. Əmlak inzibatçısının kreditorların yığıncağında da vəzifədən kənarlaşdırılması və dəyişdirilməsi mümkündür. Bu prosedur qanunun XI fəslinə uyğun çağırılan yığıncaqda həyata keçirilir.

