Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması üçün sahibindən qanunda nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb edilə bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Bu qayda nəqliyyat vasitəsinin daimi və ya müvəqqəti uçota alınmasına da aiddir.
Qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi zamanı da əlavə sənəd tələb olunmasına yol verilmir.
Beləliklə, qeydiyyat orqanlarının tələb etdiyi sənədlərin dairəsi qanunla müəyyən edilmiş tələblərlə məhdudlaşdırılır.
Qanunda nəzərdə tutulmayan əlavə sənədlərin tələb edilməsi qadağandır.