Eyni növdən olan təminatsız kreditorlar qrupunda sağlamlaşdırma planının qəbul edilməsi üçün tələblərin məbləğinin 50 faizindən artıq hissəsinə malik kreditorların razılığı tələb olunur. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Borclunun aidiyyəti şəxsləri olan təminatsız kreditorların tələbləri planın qəbulu ilə bağlı səsvermədə nəzərə alınmır. Bununla da borclu ilə əlaqəli kreditorların səsverməyə təsir imkanları məhdudlaşdırılır. Qərarın qəbulunda eyni növdən olan təminatsız kreditorların tələb məbləğləri əsas götürülür. Bu mexanizm kreditorlar arasında maraqların balanslaşdırılmasına yönəlib.