Müvəqqəti əmlak inzibatçısı təyin edildikdən sonra 14 gün ərzində borclunun maliyyə vəziyyəti barədə məhkəməyə hesabat verməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Məhkəmə qanunun 11-ci maddəsinə uyğun qərar qəbul edərkən həmin hesabatı nəzərə almalıdır. Hesabat borclunun maliyyə vəziyyətinin qiymətləndirilməsi və iflas işi üzrə sonrakı qərarın verilməsi baxımından əhəmiyyət daşıyır. Beləliklə, müvəqqəti əmlak inzibatçısının fəaliyyəti yalnız aktivlərin qorunması ilə məhdudlaşmır. O, həm də məhkəmənin qərar qəbul etməsi üçün maliyyə vəziyyətinə dair ilkin məlumat təqdim edir.