Əmlak inzibatçısı vəzifəsindən istefa vermək üçün məhkəməyə ərizə ilə müraciət edə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Məhkəmə ərizəni təmin etdikdə onun əvəzinə başqa şəxs təyin etməlidir. Yeni təyin olunan əmlak inzibatçısı bu barədə dərhal bütün kreditorlara bildiriş göndərməlidir. Qanun inzibatçının dəyişdirilməsini həm məhkəmə, həm də kreditorların yığıncağı vasitəsilə mümkün edir. Bu mexanizm iflas prosesində əmlak inzibatçısının fəaliyyətinin fasiləsizliyini təmin etməyə yönəlib.