
Əmlak inzibatçısı təyin edilən şəxs bu vəzifəni qəbul etməzdən əvvəl təyinatda şəxsi marağının olmadığını yazılı şəkildə bəyan etməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Borclunun hazırkı və ya keçmiş müdiri, mülkiyyətçiləri, borcluları və kreditorları əmlak inzibatçısı seçilə bilməzlər. Borcluya qanunda nəzərdə tutulan qaydada aidiyyəti olan şəxslərin də bu vəzifəyə təyin olunması yolverilməzdir. Belə məhdudiyyətlər əmlak inzibatçısının müstəqilliyinin və qərəzsizliyinin qorunmasına yönəlib. Şəxsi marağı olan şəxslərin təyinatı iflas prosesində maraqlar toqquşmasına səbəb ola biləcəyindən qanun bunu istisna edir.
