Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində yazılır. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Sənədin adı fransız dilində “Certificat dimmatriculation” kimi göstərilir. Qeydiyyat şəhadətnaməsində nəzərdə tutulan əsas məlumatların adları Azərbaycan və ingilis dillərində yazılır. Buraya qeydiyyat nömrəsi, buraxılış ili, sahibin məlumatları və nəqliyyat vasitəsinin texniki göstəriciləri daxildir. Digər məlumatlar isə Azərbaycan dilində qeyd olunur.