Qida məhsullarının, dərman vasitələrinin və insan sağlamlığına, ətraf mühitə təhlükə yarada bilən digər malların qablaşdırılmasında istifadə olunan materiallar təhlükəsizlik tələblərinə cavab verməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, dövlət orqanları qablaşdırma zamanı sanitar-gigiyenik və toksikoloji baxımdan təhlükəsiz materiallardan istifadə olunmasına nəzarət edir. Həmçinin həmin materialların möhkəmliyi və digər təhlükəsizlik xüsusiyyətləri nəzərə alınmalıdır. Patentləşdirilmiş dərman vasitələrinin və sağlamlıq, yaxud ətraf mühit üçün təhlükə yarada bilən malların təhlükəsiz istifadə qaydaları barədə xəbərdarlıq olmadan satılmasının qarşısı alınmalıdır. Bu tələblərin yerinə yetirilməsi istehlakçıların təhlükəli məhsullardan qorunmasına xidmət edir. Qanun qablaşdırmanın da məhsulun təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıdığını müəyyən edir.