Borclunun iflas haqqında məhkəməyə təqdim etdiyi ərizədə onun kreditorları və maliyyə öhdəlikləri barədə məlumatlar əks olunmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Ərizədə müraciətin ünvanlandığı məhkəmənin adı, borclunun adı və ünvanı göstərilməlidir. Həmçinin bütün məlum kreditorların adları, poçt ünvanları və onların borcluya qarşı irəli sürdüyü tələblərin məbləğləri qeyd olunmalıdır. Borclu ərizə verdikdən sonra bir il ərzində vaxtı çatacaq borc öhdəlikləri barədə də məlumat təqdim etməlidir. Bundan başqa, ərizədə ödəmə qabiliyyətsizliyinin təsdiqi, əlavə olunan sənədlərin siyahısı və məhkəmə baxışı üçün zəruri ola biləcək digər məlumatlar yer almalıdır.
