Məhkəmə borclunun müflis elan olunması məqamınadək istənilən vaxt müvəqqəti əmlak inzibatçısı təyin edə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Belə təyinat qanunun 2-ci maddəsində göstərilən şəxslərdən birinin müraciəti əsasında həyata keçirilir. Müvəqqəti əmlak inzibatçısı yalnız iflas prosesinə məhkəmənin iştirakı ilə başlanılan hallarda təyin edilə bilər. Bu təyinat aralıq tədbir hesab olunur və əsasən borclunun aktivlərinin qanunsuz özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədi daşıyır. Digər məqsəd isə borclunun maliyyə vəziyyətinin ilkin təhlilinin aparılmasıdır.