Texniki baxış üçün zəruri sənədlər və ya məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilə bilirsə, həmin sənədlər ərizəçidən tələb olunmur. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Məlumatların elektron sistem vasitəsilə əldə edilməsi mümkün olmadıqda onların təqdim olunması ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq qurumdan tələb edilə bilər. Digər halda həmin sənədləri ərizəçi özü təqdim edə bilər. Bu qayda texniki baxış zamanı sənədləşmə yükünün azaldılmasına xidmət edir. Elektron məlumat mübadiləsi mümkün olduqda vətəndaşdan eyni məlumatların təkrar təqdim edilməsi tələb edilməməlidir.