Yerli büdcələrin gəlirlərinə qanunla müəyyən edilmiş vergilər və digər ödənişlər, eləcə də həmin ödənişlər üzrə hesablanmış faizlər və sanksiyalar daxildir. Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb. Yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və güzəştlərin verilməsi qaydası qanunla müəyyən edilir. Həmin ödənişlərin dərəcələrinin yuxarı həddi də qanunvericiliklə tənzimlənir, tətbiq qaydaları isə bələdiyyələrin qərarları ilə müəyyənləşdirilir. Bu mexanizm yerli büdcələrin gəlir mənbələrinin hüquqi əsaslarını müəyyən edir.

