Polkovnik rütbəsində və ya ona bərabər, eləcə də daha yüksək rütbədə olan zabitlər əlavə yaşayış sahəsi almaq hüququna malikdirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Bu hüquq həm hərbi xidmətdə olan, həm də ehtiyata və ya istefaya buraxılmış müvafiq kateqoriyadan olan zabitlərə şamil edilir. Elmi dərəcəsi olan hərbi qulluqçular üçün də əlavə yaşayış sahəsi nəzərdə tutulur. Əlavə sahənin ölçüsü Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Bu təminat hərbi qulluqçuların mənzil hüquqlarının xüsusi kateqoriyalar üzrə genişləndirilməsini nəzərdə tutur.