Hərbi qulluqçuların ailə üzvlərinin tibbi təminatı, bir qayda olaraq, digər vətəndaşlarla eyni əsaslarla həyata keçirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Mülki tibb müəssisələrində tibbi yardım almaq mümkün olmadıqda ailə üzvləri hərbi tibb müəssisələrində müalicə oluna bilərlər. Bu halda onlara tibbi yardımın bütün növləri göstərilməsi nəzərdə tutulur. Müvafiq kateqoriyadan olan hərbi qulluqçular və onların ailə üzvləri sanatoriya-kurort müalicəsi və istirahət imkanlarından da yararlana bilərlər. Bu hüquqların həyata keçirilməsi qanunvericilikdə müəyyən edilmiş qaydalar əsasında təmin olunur.

