Polis əməkdaşı yaşayış yerinə orada yaşayanların iradəsinə zidd daxilolma faktını rəsmiləşdirməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Daxilolma faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təxirəsalınmadan protokollaşdırılmalıdır. Həmin fakt müvafiq polis orqanında qeydiyyatdan keçirilməlidir. Bu prosedur daxilolmanın rəsmiləşdirilməsinə və qanuniliyinin yoxlanılması imkanına xidmət edir. Polis əməkdaşı mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılması ilə bağlı digər qanunvericilik aktlarında nəzərdə tutulan vəzifələrini də yerinə yetirməlidir.