Bələdiyyələr qanunvericilikdə nəzərdə tutulan qaydada yerli əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsi üçün könüllü birdəfəlik ödənişlər barədə qərarlar qəbul edə bilərlər. Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb. Belə ödənişlər yerli əhəmiyyətli layihələrin və tədbirlərin maliyyə təminatına yönəldilə bilər. Könüllü birdəfəlik ödənişlər yalnız müəyyən edilmiş məqsəd üçün istifadə olunmalıdır. Vəsaitlərin başqa məqsədlərə yönəldilməsi onların məqsədli təyinatı prinsipinə uyğun hesab edilmir.
