Bələdiyyələr maliyyə əməliyyatları apararkən maliyyə qaydalarına riayət etməyə və vəsaitlərdən təyinatı üzrə istifadə etməyə borcludurlar. Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb. Maliyyə qaydalarına əməl edilməməsinə və vəsaitlərin təyinatından kənar xərclənməsinə görə bələdiyyələr məsuliyyət daşıyırlar. Bu tələb yerli büdcə vəsaitlərinin qanunauyğun idarə olunmasını nəzərdə tutur. Büdcə əməliyyatlarının düzgün aparılması bələdiyyələrin maliyyə fəaliyyətinin mühüm şərtidir.