Hərbi qulluqçular qanunvericiliklə müəyyən edilmiş hallarda hərbi xidmət vəzifələrini yerinə yetirərkən hakimiyyət nümayəndəsi hesab olunurlar. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Onlar bu səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vətəndaşlarla bağlı həyata keçirirlər. Hərbi qulluqçuların qanuni fəaliyyətinə tabe olmamaq və ya onlara qəsd etmək hüquqi məsuliyyət yarada bilər. Məsuliyyətin növü və tətbiqi qaydası müvafiq qanunvericiliklə müəyyən edilir. Bu müddəa hərbi qulluqçuların xidməti vəzifələrini icra edərkən qanuni səlahiyyətlərinin qorunmasına xidmət edir.