Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müəssisədə işləmiş şəxslərin xidmətdən sonra əvvəlki və ya ona bərabər vəzifəyə qayıtmaq hüququ var. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Qanunvericiliyə əsasən, şəxsin hərbi xidmətdə olduğu müddətdə iş yeri və vəzifəsi, qanunla nəzərdə tutulan istisnalar xaric, saxlanılır. Bu təminat müəssisənin mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı deyil. Hərbi xidmətdən buraxılmış şəxs ən geci 60 təqvim günü ərzində əvvəlki və ya bərabər vəzifəyə qayıda bilər. Bu norma müddətli həqiqi hərbi xidmətə çağırılanadək işləyən şəxslərin əmək hüquqlarının qorunmasına xidmət edir.

