
Hərbi qulluqçuların hərbi xidmətlə əlaqədar bəzi hərəkət azadlıqları məhdudlaşdırılır. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, hərbi qulluqçuların daimi yaşamaq üçün xaricə getməsi qadağandır. Həmçinin hərbi hissələrin yerləşmə şəraitindən asılı olaraq onların yaşayış yeri seçmək və sərbəst hərəkət etmək imkanları məhdudlaşdırıla bilər. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının mülki ali və orta ixtisas təhsili müəssisələrində təhsil almasına da icazə verilmir. Bu məhdudiyyətlər hərbi xidmətin xüsusiyyətləri və xidməti vəzifələrin icrası ilə əlaqədardır.
