Polis əməkdaşının vətəndaşlıq statusunda müəyyən dəyişikliklər xidmətdən xaric edilməsinə səbəb ola bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Başqa dövlətin vətəndaşlığını qəbul edən şəxs polis xidmətindən xaric edilə bilər. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi də qanunda belə əsaslardan biri kimi göstərilib. Bundan başqa, polis əməkdaşının başqa dövlət qarşısında öhdəlik götürməsi də xidmətdən xaric edilməyə səbəb ola bilər. Bu müddəalar polis xidmətinə qəbul və xidmətkeçmə ilə bağlı hüquqi tələblərin qorunmasına yönəlib.