
Polis orqanlarının maddi-texniki təminatı dövlət tərəfindən müəyyən edilmiş qayda və normalara uyğun həyata keçirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Təminat qaydalarını və normalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Bu çərçivədə polis orqanlarına xüsusi geyim, odlu silah, döyüş sursatı, xüsusi vasitələr, texnika və nəqliyyat vasitələri verilir. Xüsusi təchiz olunmuş binalar da polis fəaliyyətinin maddi-texniki təminatına daxildir. Bu normalar polis orqanlarının ehtiyaclarının müəyyənləşdirilməsi və təminatın təşkil edilməsi üçün hüquqi əsas yaradır.
