Hərbi qulluqçuların maddi təminatı hərbi xidmətin xüsusi xarakteri nəzərə alınmaqla dövlət tərəfindən təmin edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, hərbi qulluqçuların təminat xərcliyi xidmət şəraitindən, ixtisasından, hərbi peşəsindən, rütbəsindən və xidmətdə olma müddətindən asılı olaraq müəyyən edilir. Zabitlərin, gizirlərin, miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarının minimum məbləği dövlət qulluqçularının orta əməkhaqqından az ola bilməz. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün pul təminatı ikiqat hesablanır. Təminat xərcliyinin verilməsi qaydası və normalarının dəyişdirilməsi Nazirlər Kabineti tərəfindən müəyyən olunur.