Şəxsin iradəsi olmadan əşyaya sahibliyindən məhrum edilməsi və ya sahibliyinin pozulması qadağan edilmiş özbaşınalıq sayılır. Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb. Hər bir sahib belə özbaşınalıqdan müdafiə məqsədilə güc işlətmək hüququna malikdir. Bununla belə, müdafiə zamanı şərait nəzərə alınmalı və əsassız güc tətbiqindən çəkinilməlidir. Sahibliyindən məhrum edilmiş şəxs əşyanın qanunsuz sahibindən onun geri qaytarılmasını tələb edə bilər. Lakin qanunvericilikdə iddianın irəli sürülməsini məhdudlaşdıran xüsusi hallar da müəyyən edilib.