Polis yol hərəkəti qaydalarını pozanlardan, yol-nəqliyyat hadisəsinin iştirakçılarından və şahidlərindən izahat almaq hüququna malikdir. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Polis yol hərəkəti qaydalarının pozulmasına görə inzibati tənbeh tədbirləri tətbiq edə bilər. Sürücülük hüququndan məhrum etmə barədə materiallar qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə göndərilə bilər. Həmçinin təhlükəsizlik qaydalarına əməl edilmədikdə yollarda təmir-tikinti və digər işlərin görülməsi məhdudlaşdırıla və ya qadağan edilə bilər.
