
Hərbi qulluqçular vətəndaşlar üçün müəyyən edilmiş ümumi vəzifələrlə yanaşı, hərbi xidmətin xüsusiyyətlərindən irəli gələn öhdəlikləri də yerinə yetirməlidirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Onlar Azərbaycanın mənafeyini, suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumağa borcludurlar. Hərbi qulluqçular Azərbaycan Respublikasına sadiq olmaq barədə hərbi and içməli, Konstitusiyaya və digər qanunlara ciddi əməl etməlidirlər. Komandirlərin və rəislərin əmrləri qeyd-şərtsiz yerinə yetirilməli, Silahlı Qüvvələrin nizamnamələrində nəzərdə tutulan digər vəzifələr də icra olunmalıdır. Bu öhdəliklərin məzmunu və yerinə yetirilməsi qaydası müvafiq nizamnamələr və normativ hüquqi aktlarla müəyyən edilir.
